Gələn il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma planına uyğun olaraq, bərpa olunan yaşayış məntəqələrinə gədər daşıyıcı qaz kəmərlərinin çəkilməsindən ibarətdir.
“İki sahil” xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu il SOCAR-ın “Azəriqaz” tərəfindən daxili maliyyə resursları hesabına Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndinə qədər 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti cəkilib.
“Biz çəkdiyimiz dəhliz boyunca minalanmış ərazidən keçməli olduq və tikinti zamanı həmin qaz kəməri boyunca 75-ə yaxın mina aşkarlanıb”, - Teymur Cəfərov qeyd edib.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib