Hazırda “Azəriqaz”ın pilot layihəsi olan “Smart ötürücü qurğular”ın iki minə yaxını yeni inşa edilmiş yüksək mərtəbəli binalarda quraşdırılıb.
Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "İki sahil"ə açıqlamasında deyib.
Eldəniz Vəliyev bu qurğuların üstün və fərqli cəhətlərini diqqətə çatdırıb: “Bu qurğular sayğac göstəricilərinin qısa zaman aralığında məsafədən oxunması və ödənişdən yayınan abonentlərdə qazın təminatının məsafədən qapanmasına imkan verir”.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib