Müasir futbolun tarixi İngiltərədən başlasa da, əslində ilk futbol 2200 il əvvəl Çində oynanılmışdı. Orta əsrlərdə hətta futbol matçlarında rəqibi yumruqlamağa, təpikləməyə və dişləməyə icazə verilirdi.
16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Burada küçələr hər iki tərəfdən 500-dən çox adamın oynadığı və əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladırdı. Günorta başlayan və axşam qaranlıq düşənə qədər davam edən oyun üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb.
Futbol üzrə dünya çempionatı cəmi 20 dəfə keçirilmişdir
1912-ci ilə qədər qapıçılar meydanın tam ortasına qədər çıxaraq topu əllərinə götürə bilirdilər. Onların əlləri ilə belə qol vurduqları hallar olub. Sonra Beynalxalq Futbol Federasiyası (FİFA) bu qaydanı ləğv etdi.
Futbol qapısının 1882-ci ilə qədər üst dirəyi yox idi. Top iki dirəyin arasından nə qədər yüksək keçməsinə baxmayaraq qol hesab edilirdi.
Heç bilirdinizmi ki, qırmızı və sarı vərəqə tarixi, əslində tamamilə yenidir. 1970-ci illərə qədər hakimlər oyundan futbolçunu çıxartdıqları zaman qərarlarını şifahi şəkildə çatdırırdılar.
Tarixdəki ən çox təxirə salınan oyun "Linkoln Kiti" və "Koventri Kiti" arasında olub. Qeyd edək ki, 5 yanvar 1963-cü ildə başlayan "Linkoln Kiti" - "Koventri Kiti" oyunu, güclü qar səbəbindən hakim tərəfindən təxirə salındı. Sonrakı günlərdə daha 15 dəfə başlayan və yenidən təxirə salınan görüşün qalan hissəsi qarşılaşmanın başlamasından 66 gün sonra 6 mart tarixində oynanıldı və "Koventri Kiti" futbol tarixindəki ən uzun oyunu 6-1 hesabı ilə qazandı.
Hindistan, oyunçularına ayaqyalın oynamağa icazə verilmədikdən sonra, onlar 1950 Dünya Kubokunda iştirak etməkdən imtina etdilər.
“FİFA”Federasiya 8 ölkə tərəfindən quruldu: Hollandiya, İsveçrə, Danimarka, Belçika, Fransa, İsveç, İspaniya və Almaniya. Üstəlik, almanlar öz təmsilçisini iclasa göndərmədi, ancaq birliyə qoşulma qərarını teleqrafla elan etdilər. Cənubi Afrika isə Dərnəyin ilk Avropaya aid olmayan üzvü oldu.
1978-ci ildə oyun başlamazdan əvvəl soyunma otağında marixuana qəbul etdiyi üçün tanzaniyalı hakim polis tərəfindən həbs olundu.
Futbol üzrə ilk dünya çempionatı 1930-cü ildə Uruqvayda (Cənubi Amerika) keçirilmişdir, elə ilk dünya çempionu da Uruqvay (1930-cu il) olmuşdur.
II Dünya müharibəsi dövründə və neçə illər sonra (1939-1949) futbol üzrə dünya çempionatının keçirilməsi dayandırılmışdır.
İlk Futbol kuboku 1983-cü ildə Braziliyada oğurlanmışdı. Çox maraqldır ki, kubok güllə keçirməyən metal seyfdə saxlanılsa da,həmin seyfin şüşəsi yalnız bir ağac çərçivəsi üzərində qurulmuşdu.
Braziliyalı futbolçu Pele dünya futbolunun kralı hesab edilir. O, 3 dəfə dünya çempionu olmuş yeganə futbolçudur. Pele futbol üzrə keçirilən dünya çempionatlarında rəqib komandanın qapısına 12 top vurmuşdu.
Braziliya yeganə ölkədir ki, futbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak edib.
Heç bilirdinizmi ki, Dünya Kuboku, təxminən 5,9 kiloqram ağırlığında olan 18 karat qızıldan hazırlanıb.
Çox maraqlı faktlardan biri də odur ki, Liberiya milli komanda futbolçularının səyahət xərclərini ödəyə bilmədiyi üçün 1996-cı il Afrika kubokunda iştirak etməkdən imtina etdi. Məşhur Liberiyalı futbolçu Corc Veya bütün forma və səyahət xərclərini cibindən ödəyərək komandasını turnirə apardı.
Məşhur futbolçu Messi hal-hazırda böyük var-dövlətə sahib olsa da, ancaq karyerasını adi bir salfet üzərində imzaladığı müqavilə ilə başlamışdı. Həmin müqaviləni imzaladığı zaman onun yanında argentinalı agenti Josep Maria Minghelia və "Barcelona" komandasının keçmiş məşqçisi Carles Rechak vardı. 2012-ci ildə həmin bu salfet " Barselona" klubunun muzeyinə verilmişdi. Məşhur salfeti görmək istəyənlər, buna görə pul ödəməlidirlər.
Müsahibələrindən birində Ronaldo adının haradan gəldiyini izah ederək, bildirdi ki, ona Amerikanın 40-cı Prezidenti Ronald Reyqanın adı verilib. Kriştiano da məhz bu Prezidentin karyerasında əsas vəzifəni tutduğu vaxtda anadan olduğuna görə ona bu ad verilmişdi.
Həm futbolçu, həm də məşqçi qismində dünya çempionu olmuş futbolçular bunlardır: Frans Bekkenbauer (1974, 1990) və Mario Zaqallo (1958, 1970).
Futbol üzrə dünya çempionatı tarixində ən tez vurulan qol Türkiyə yığmasının oyunçusu Hakan Şükürə məxsusdur. 2002-ci ildə Hakan Şükür Türkiyə- C. Kopeya matçının 11 saniyəsində rəqiblərinin qapısına qol vurmuşdu. Həmin matç 3-2 hesabi ilə Türkiyənin xeyirinə bitmişdi.
Türkiyə futbol üzrə dünya çempionatında 3-cü yer tutan yeganə Şərq ölkəsidir. Qeyd edək ki,həmin möhtəşəm hadisə 2002-ci ildə baş vermişdi.
Samirə Tağıyeva, “İki sahil”