2021-2022-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığının təşkili mərkəzində 10 ixtisas üzrə 120 şagird kadrlarının hazırlanması kurslarına cəlb olunub.
“İki sahil” xəbər verir ki, nəzəri və praktiki dərsləri müvəffəqiyyətlə tamamlayan şagirdlər müxtəlif müəssisələrdə istehsalat təcrübəsinə göndərilib.
Bu il kadr hazırlığının təşkili mərkəzini bitirən 120 şagirdin hər biri, o cümlədən 32 nəfər Vətən müharibəsi iştirakçısı peşə sınaq imtahanından yüksək nəticələr əldə edərək sertifikatlara layiq görülüb.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib