Daxili İşlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib. Sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş olunur.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur.
Tahir Əmiraslanov: “Tibbi, kulinariya, dini və iqtisadi baxımdan quzuların erkən kəsilməsi məqsədəuyğun deyil” - VİDEO
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
FHN Ağcabədi və Beyləqan rayonlarında meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib