Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Hava Limanına eniş edib.
“İki sahil” xəbər verir ki, Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidentini bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və digər rəsmi şəxslər müşayiət edir.
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib