Növbəti həftə (17-18.10.2022 və 20-21.10.2022 tarixləri) daha 4 rayonda saat 12:00-dan 13:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Məlumata görə, aksiya həftənin 1-ci günü Ağsu rayonunda (Bayraq Meydanı), 2-ci günü İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib