“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.
İB-dən "İki sahil"ə verilən məlumata görə, növbəti həftə (sentyabrın 19-22 tarixləri) daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Ağdaş rayonunda (Habil Əliyev adına musiqi məktəbi), 2-ci günü saat 15:00-dan 16:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək isə Balakən rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum yararlanaraq, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib