07 sentyabr 2022 18:14
5273

Azərbaycan-İtaliya əlaqələri yeni mərhələdə

Son illərdə Azərbaycan-İtaliya müttəfiqlik əlaqələri,siyasi-iqtisadi əlaqələr mahiyyət etibarilə yeni mərhələdə uğurla davam edir.Hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş,həm də yaxın dost kimi çıxış edir,bir-birinə dəstək nümayiş etdirirlər.Təbii ki,İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını xüsusi vurğulanmalıdır.Bu vacib tərəfdaşlıq özünü yalnız sənəd üzərində göstərmir,bir sıra əməli işlərdə daha çox büruzə verir.

Ötən il Azərbaycanın tarixinin ən şanlı dövrünü yaşayıb.Ölkəmizin ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən müharibə dövründə bizə bir çox ölkələr aşkar şəkildə dəstək oldular.Həmin ölkələrdən biri də Avropadakı strateji tərəfdaşımız İtaliyadır.İşğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə İtaliya müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini,Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan etdi.İtaliya kimi nəhəng bir dövlətin siyasi dəstəyi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.Dost ölkə Azərbaycanı dəstəkləməklə yanaşı, işğalçı Ermənistanın müharibə cinayətlərinə öz etirazını bildirərək,yaşayış məntəqələrimizə edilən raket hücumlarına səssiz qalmadı,KİV-də və sosial şəbəkələrdə Ermənistanın Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış etdi.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində İtaliya mətbuatının haqq işimizə,Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu.Azərbaycan dövləti üçün həmin dönəmdə informasiya müharibəsi olduqca vacib idi.Dövlətimizin başçısı informasiya savaşında ardıcıl, prinsipial,davamlı mübarizə aparır,informasiya texnologiyalarının verdiyi imkanlarla xarici media nümayəndələrini,jurnalistləri Qarabağ həqiqətləri ilə bağlı mütəmadi operativ məlumatlandırırdı. Bu proses indi də gedir, dövlətimizin başçısının qeyd etdiyi kimi müharibə bitsə də,mübarizəmiz gedir.
Azərbaycanı 30 il ərzində narahat edən Qarabağ problemi artıq geridə qalıb,postmüharibə dövründə regionda yeni perspektivlər açılıb.Azərbaycanın yaratdığı yeni reallıqdan digər dost ölkələr kimi İtaliya da yararlanmaqda maraqlıdır.Artıq italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə reallaşacaq genişmiqyaslı quruculuq və bərpa işlərində aktiv iştirakı üçün müəyyən layihələr təqdim edilib.Hər zaman Azərbaycanın yanında olan İtaliyanın biznes strukturlarının azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə cəlb olunması dostluq əlaqələrinin daha da yüksələn xətlə inkişafını göstərir.Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azəbaycanın mandatı bu ölkəyə verilmişdi.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib.

Təxminən bir il əvvəl, 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb.Bu sənədə əsasən,ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda,eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək,Azərbaycanın sənaye,kənd təsərrüfatı, infrastruktur,turizm,nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq.Yeri gəlmişkən,çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş,qlobal və regional proseslərə, problemlərə ümumi baxış,habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır.Bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi,əməkdaşlığın,əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.

Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir.Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də,son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub.Azərbaycanda sənaye,tikinti,ticarət,kənd təsərrüfatı,rabitə,xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir.İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə,qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir.İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində,sənaye zonalarında, aqroparklarda,logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər. Azərbaycan üçün İtaliyadan yeni texnologiyaların gətirilməsi məsələsi dövlət başçısının səfəri çərçivəsində keçirilmiş görüşlərin başlıca mövzularından olmuşdu.Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış 25-dən çox sənəddə də bu kimi məsələlər öz əksini tapıb.İki ölkə arasında münasibətlərin sosial-mədəni sahədə inkişafı da diqqətəlayiqdir.Prezident ötənilki səfər çərçivəsində İtaliya prezidenti Sercio Mattarella ilə birgə mətbuata açıqlama vermişdilər.

Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur.Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır”.İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri,o cümlədən nüfuzlu “Il Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi,“Notizie Tiscali”,“Notizie Yahoo”,“Occhio Notizie”,“Telenicosia”, “Politicamente Corretto”,“Agenzia Nova” və başqa mətbuat orqanları Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini işıqlandırıblar.Bu mətbu orqanlar Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc ediblər.İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rollardan birinə malikdir. Xatırladaq ki,TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək Yunanıstan,Albaniya ərazilərindən,eləcə də Adriatik dənizindən keçib təbii qazı Cənubi İtaliyaya nəql edir.“Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır.İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür.On beş ilə yaxındır ki,Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem,heç bir forsmajor hadisəsi olmamışdır.Yəni Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”.Azərbaycanın Avropa İttifaqı və NATO kimi təşkilatlarla əməkdaşlığı Prezidentin İtaliyaya səfəri zamanı müzakirə olunmuşdu: “Biz, eyni zamanda,Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq.Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki,bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər. NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir.Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik.Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk.Nəzərə alsaq ki,Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik”.

Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol

1998-ci ildə təhsil almaq üçün ilk dəfə İtaliyaya gələndə təsəvvür etməzdim ki,19 il sonra Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunur Azərbaycanla İtaliya arasında münasibətlərin keyfiyyətcə yeni hüdudlar əldə etməsinin, hazırda isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin şahidi olmaqdır.
İtaliya Azərbaycanda hər zaman çox sevilən ölkə olub. Ölkəmdə İtaliya dedikdə qədim tarix,zəngin mədəniyyət,təkrarolunmaz musiqi,incəsənət, kino, təbiət,mətbəx,moda yada düşür. Bir də Neapol, çünki bu şəhər 1972-ci ildə doğma Bakım ilə qardaşlaşıb.Lakin Azərbaycan-İtaliya arasında təmaslar qədim tarixə malikdir:bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması,XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri,orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur.1918-1920-ci illərdə İtaliya müsəlman şərqində ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurmuş və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir.
18 oktyabr 1991-ci il tarixində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi an ölkəm Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, sosial çətinliklər kimi mürəkkəb problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün problemlərin həllinin başlıca yollarından biri də beynəlxalq aləmlə əlaqələrin qurulması idi.1 yanvar 1992-ci il tarixində İtaliya Azərbaycanın müstəqilliyini tanıdı,8 may tarixində isə iki ölkə arşında diplomatik əlaqələrin əsası qoyuldu. Elə ilk dövrdən başlayaraq iki ölkə arasında təmaslar Azərbaycan üçün iki önəmli mövzu ətrafında cərəyan etməyə başladı: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli,Azərbaycanın neft və qaz sektorunun inkişafı. Bu münaqişənin nizamlanması üzrə fəaliyyət göstərən ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri İtaliyanın xarici işlər nazirinin müavini Mario Raffaelli oldu.1992-1993-cü illərdə İtaliyanın sədrliyi dövründə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması istiqamətində göstərilən səylər təəssüf ki,öz nəticəsini vermədi.Eyni zamanda,1995-ci ildən etibarən İtaliyanın ENİ şirkəti Azərbaycanın neft və qaz yataqlarının işlədilməsi üzrə bir sıra layihələrə cəlb olundu ki,bu da Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığın bünövrəsini qoydu. Azərbaycanın siyasi,iqtisadi və strateji önəmini nəzərə alaraq 1997-ci ildə İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda səfirliyinin təsis edilməsinə qərar verdi.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri,səfər çərçivəsində İtaliyanın siyasi rəhbərliyi və işgüzar çevrələri ilə apardığı müzakirələr,imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verdi.Səfər vaxtı,eləcə də Prezident Heydər Əliyevin İtaliya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr o zamanlar Azərbaycan üzərində mövcud olan informasiya blokadasının yarılması və ölkəmlə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən əhəmiyyətli olmuşdur.
2005-ci ildə Prezident İlham Əliyevin 2008, 2014 və 2015-ci illərdə İtaliyaya səfərləri,2013-cü ildə isə İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasını təmin etmişdir. Xüsusilə də,Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olmasını nümayiş etdirmişdir.İqtisadi əlaqələr də geniş hüdudlar əldə etmişdir. Artıq 10 ildən çoxdur ki,İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı,Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir. Bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin,o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı,orta və kiçik sahibkarlarının sayı artmışdır. Bununla yanaşı,Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirmişdir.TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı,onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada bəşəriyyətin maddi irsi olan tarixi abidələrin qorunması, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər iki ölkə arasında humanitar sahələrdə əlaqələrin inkişafı ilə yanaşı,ölkəmizin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir. Habelə iki ölkənin təhsil müəssisələri,elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır.

2016-cı ilin əvvəlindən İtaliyaya hazırki dönüşüm məhz Azərbaycan-İtaliya münasibətlərində belə bir önəmli dövrə təsadüf edirdi.Son bir il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlərdə dinamika davam etmişdir.Azərbaycanın energetika nazirinin,xarici işlər nazirinin İtaliyaya səfərləri, İtaliyanın xarici işlər nazirinin, təhsil nazirinin, iqtisadi inkişaf nazirinin, Nazirlər Kabinetinin dövlət katibinin, mədəniyyət nazirinin müavinlərinin,XİN-in baş katibinin, parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri həyata keçirilmişdir. Bir ildən də az müddət ərzində Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası kommissiyanın dördüncü iclası,iki dəfə ikitərəfli Biznes Forumlar, iqtisadiyyat,mədəniyyət,akademik sahələrdə coxsaylı konfranslar və tədbirlər təşkil olunmuşdur. Azərbaycan və İtaliya diplomatik münasibətlərinin 30-cu ildönümünü qədim tarixi əlaqələrə,möhkəm əsaslara söykənmiş münasibətlərə,qarşılıqlı faydalı əməkdaşlığa malik strateji tərəfdaşlar kimi qeyd edirlər.

Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə İtaliya ilə arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanan Cənubi Qaz Dəhlizidir.

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
YAP Xətai rayon təşkilatının fəal üzvü