İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin (qaz-paylayıcı şəbəkəsinin qurulması - red.) aparılmasına hələ ki, start verilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, indiyədək “Azəriqaz” tərəfindəl yalnız layihələndirmə işləri aparılıb, lakin fiziki işlərə hələ ki, başlanılmayıb.
“Bilirsiniz ki, ilkin növbədə oraya yüksək təziqli daşıyıcı kəmər çəkilməlidir, bunu da SOCAR-ın başqa idarəsi hayata keçirir. Ondan sonra da artıq “Azəriqaz”a növbə çatacaq”, - Ruslan Əliyev qeyd edib.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib