Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyəyə təbii qaz nəqlini müvəqqəti dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom” məlumat yayıb. Bildirilir ki, planlaşdırılmış profilaktik işlərlə əlaqədar olaraq mayın 15-23-də “Mavi axın” təbii qaz boru kəməri üzərindən Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq. Bu müddətdə boru kəmərində müxtəlif təmir işləri aparılacaq.
Qeyd edək ki, “Gazprom” keçən il “Mavi axın” boru kəməri ilə Türkiyəyə 15,8 milyard kubmetr qaz göndərib. Türkiyə Rusiyadan idxal etdiyi təbii qazın təxminən 50 faizi “Mavi axın” boru kəmərinin payına düşür.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir