Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün keçirilən "Qarabağ" "Səbail"i qəbul edib. Saat 20:00-da başlayan qarşılaşmanın 42-ci dəqiqəsində Musa Qurbanlı hesabı açıb. 45+2-ci dəqiqədə isə penaltidən fərqlənən Ramil Şeydayev “Qarabağ”ın üstünlüyünü 2 topa çatdırıb. O 47-ci dəqiqədə dubl edərək komandasının 3-cü qolunu vurub.
71-ci dəqiqədə “Səbail”in futbolçusu Elmir Tağıyev buraxılan qollardan birinin əvəzini çıxıb – 3-1. Matç bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqasında
1-ci tur
6 avqust (şənbə)
20:00. “Qarabağ” 3–1 “Səbail”
Qollar: Musa Qurbanlı, 42 (1:0), Ramil Şeydayev, 45+2-pen (2:0), 47 (3:0), Elmir Tağıyev, 71 (3:1)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”
7 avqust (bazar)
17:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Şamaxı şəhər stadionu
19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Bank Respublika Arena”
8 avqust (bazar ertəsi)
17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Tovuz şəhər stadionu
5 avqust (cümə)
“Kəpəz” 1–2 “Zirə”