31 iyul 2022 23:47
1025

Renat Dadaşov “Qrasshoppers”i məğlubiyyətdən xilas etdi

İsveçrə Superliqasında üçüncü tur davam edir.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshoppers” növbəti matçını keçirib.

Komanda səfərdə lider “Yanq Boys”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

“Qrasshopers” ilk hissəni 0:1 hesabı ilə məğlub bitirib.

İkinci hissənin başlaması ilə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, 1 oyun az keçirən “Qrasshopper” 4 xalla 4-cü pillədə qərarlaşıb.

Oxu.Az