28 iyul 2022 23:30
1087

Dünya neftinin qiymətini “Brent” müəyyən edir - Bunu bilirdinizmi?

“Brent” markalı neft hansı dənizdən çıxarılır və nəyə görə etalon hesab edilir?

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, "Brent" neft yatağı Norveçin qərbində - Şetland adalarında yerləşir. Neft yatağı 1971-ci ildə kəşf olunub.

"Brent" Norveç və Britaniya arasında Şimal dənizindəki neft yataqlarından hazil olunan xam neftdir. "Brent" sözü layların adından götürülüb.

B > "BROOM"

R > "RANNOCH"

E > "ETIVE"

N > "NESS"

T > "TARBERT"

Bəs niyə "Brent" etalon marka sayılır? Çünki tərkibində kükürdün həcmi (0,37%) azdır. Sıxlığına görə "Brent" yüngül neftdir. İqtisadi səmərəliliyi yüksəkdir. Şimal dənizinin coğrafi mövqeyi çox əlverişlidir. Nəhayət, dünya neftinin (70%-nin) qiymətini "Brent" müəyyən edir.