27 iyul 2022 23:50
1974

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində YENİLƏNİB

Matç bitdi. “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı.

***

"Qarabağ” hesabı bərabərləşdirir. Ovusu Kvabena ikinci qolu vurur - 98-ci dəqiqə.

***

Matçın 90 dəqiqəsi 2:1 hesabı ilə başa çatdı. Qolların sayı bərabər olduğundan komandalar hərəsi 15 dəqiqədən ibarət əlavə hissələr oynayacaqlar.

***

"Sürix"in futbolçusu Santini 90+5-ci dəqiqədə hesabı 2:1 edir

***

“Qarabağ”dan cavab qolunu vurub. "Qarabağ" 55-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1. Kadi Borges fərqlənir.

***

İkinci hissə başladı.

***

İlk hissə başa çatdı.

***

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, "köhlən atlar"ın kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.