25 iyul 2022 15:52
888

Laçın şəhərindən son görüntülər VİDEO

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib.

“İki sahil” xəbər verir ki,  bu, “Report”un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub.

Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır.

Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar.

Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.