Bu gün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarına verilib.
“İki sahil” xəbər verir ki, görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar.
Bütün müraciətlər qeydiyyata alınıb.
Aksiyada çıxış edən qəsəbə sakini Nurəddin Ağamalıyev son 2-3 il ərzində qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib.
Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya 21 iyul paytaxtın Xətai rayonunda keçiriləcək.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib