SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşüb.
“İki sahil” xəbər verir ki, o bu barədə “Twitter“ hesabında yazıb.
Qeyd olunub ki, görüşdə Azərbaycanda qaz hasilatının artırılması, TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi perspektivləri və bu istiqamətdə Aİ-nin dəstəyinin vacibliyi müzakirə olunub.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib