18 iyul 2022 17:49
676

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tüstülənmiş ərazidən 32 nəfər (onlardan 9-u uşaqdır) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “İki sahil”ə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

“İki sahil” Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.