17 iyul 2022 00:10
879

Avtobus sürücüsündən vəhşilik

Türkiyənin İstanbul şəhərində mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsini piyada xəttinin üzərində saxlaması sakinlərin etirazı ilə qarşılaşıb.

Tərəflər arasında başlayan mübahisədən sonra özündən çıxan sürücü idarə etdiyi nəqliyyat vasitəsini ona irad bildirən qadınların üzərinə sürüb.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Oxu.Az