2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətinin məlumatında deyilir.

SOCAR 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.
"Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir", - məlumatda deyilir.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib