11 iyul 2022 14:02
775

"Fənərbaxça" Acunun klubuna qalib gəldi - VİDEO

"Fənərbaxça" "TV8" kanalının rəhbəri Acun Ilıcalının sahib olduğu İngiltərə "Hall Siti"si ilə yoxlama oyunu keçirib. 

“İki sahil” xəbər verir ki, Sakarya Atatürk Stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 87-ci dəqiqədə Arda Güler, 89-cu dəqiqədə isə Serdar Dursun qapını dəqiq nişan alıb. 

Qeyd edək ki, "Hall Siti" İngiltərə Çempionşipində mübarizə aparır.