Türkiyə yerli istehsal olan “Gökdoğan” tipli radar başlığı ilə təchiz edilmiş “hava-hava” raketlərini sınaqdan keçirib.
“İki sahil” xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir uğurlu sınaqlar barədə tviterdə yazıb.
İdarə olunan təyyarə raketi Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) mütəxəssisləri tərəfindən birgə hazırlanıb.
“Gökdoğan” raketi baxışdan kənar hədəfləri vurur. Göktuğ layihəsi çərçivəsində “Gökdoğan” raketinin sınaqları davam edir. “Gökdoğan”ı bir radar başı ilə atdı. Yerli “Gökdoğan” və “Bozdoğan” raketləri bu il Türkiyə Silahlı Qüvvələrində xidmətə girəcək. Layihədə əməyi olan hər kəsi təbrik edirik. Bu, xalqımıza bir hədiyyədir”.