Ukrayna dəniz piyadaları Britaniya Mastiff zirehli maşınlarını hərəkətdə nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti müvafiq videonu Telegram-da yayımlayıb.
Qeyd olunur ki, avtomobil səkkiz hərbçi və iki ekipaj üzvünü daşımağa qadirdir. Mastiff maksimal sürəti 90 km/saatdır, 7,62 mm ümumi təyinatlı pulemyot, 12,7 mm ağır pulemyot və ya 40 mm avtomatik qumbaraatanla silahlanıb.