10 iyul 2022 18:00
947

"Sabah" ispaniyalı futbolçu aldı

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Con İrasaballa 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con “Sabah”da 19 nömrəli formada çıxış edəcək.