09 iyul 2022 22:22
753

Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

Rusiyanın Ulyanovsk vilayətində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkix məlumat verib.

Qubernator bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Vilayətin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə yanğının sahəsi 100 kvadratmetr ərazini əhatə edib.