09 iyul 2022 14:23
844

Vidadi İsayev səyyar qəbul keçirib

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Gərənə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib.

“İki sahil” xəbər veri ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirib, ölkəmizdə, rayonumuzda və Gərənə kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verib.

Son illər Gərənə kəndi qazlaşdırılıb, kəndin 0,4 KV-luq elektrik şəbəkəsinin təqribən 50 faizi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, abonentlər SMART tipli sayğaclarla təmin olunub,  17 km uzunluqda kənddaxili yollar qum-çınqılla təmir olunub, 1,5 km kəndin baş yolu asfaltlaşdırılıb, sakinlərinin içməli su ilə təminatı üçün su qülləsi quraşdırılb, şəbəkə tikilib, küçələrdə 11 bulaq inşa edilib, kəndin baş yolunda müasir memarlıq üslubunda giriş qapısı tikilib, 250 metr səki inşa edilib, gecə işıqlandırılması verilib, kənd qəbirstanlığı abadlaşdırılıb, qəbirstanlıq hasara alınıb, mərasimlər üçün talvar tikilib, içməli su çəkilib, suvarma suyu üçün 2 ədəd subartezian quyusu bərpa edilib, kəndin ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılıb, ərazidə yaşıllıq zolağı salınıb, mövcud xidmət obyektləri  müasir memarlıq üslubunda yenidən qurulub.

2021-ci ildə ərazidə 83 hektar sahədə pambıq əkilib, hər hektardan 30 sentner olmaqla 249 ton pambıq, 1 kümçü tərəfindən 8  qutu ipək qurdu  bəslənilənərək 245 kq barama istehsal edilib.

2022-ci ildə 86 hektar sahədə pambıq əkilmiş, artıq 2-ci becərmə aparılır, 2 kümçü tərəfindən  10 qutu ipək qurdu bəslənilərək 150 kq barama istehsal edilib.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Gərənə kənd sakinləri Firdovsi Orucov 0,4 kv-luq elektrik şəbəkəsində qəzalı vəziyyətdə olan 10 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Şərqiyyə Əhmədova pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Şirin Ağayev həyətyanı torpaq sahəsi verilməsi, Vaqif Cəfərov “Ağ yer” adlanan ərazidə 3 hektar əkininin suvarılmasına köməklik göstərilməsi, 300 metr təsərrüfat yolunun genişləndirilməsi, Rəhim Cavadov Bala Ərəblər kəndi ərazisində su arxının paylayıcı qapısının kilidinin naməlum şəxs tərəfindən qırılması, Eldar Bərxudarov mülki sürücü şəxs kimi Vətən müharibəsində iştirak edərkən ayağının qırılması ilə əlaqədar əlillik dərəcəsi verilməsi, Vüqar Həsənov yonca sahəsinin suvarılmasına köməklik göstərilməsi, Aynurə Cəfərova analığı tərəfindən atasının zorakılığa məruz qalıb ölməsi barədə şikayətinə baxılmaması barədə müraciət ediblər.

Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib vətəndaşlara hüquqi yardım göstərilib, müvafiq izahatlar verilib.

Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.