08 iyul 2022 18:09
818

DSX Heydər Əliyev Beynəlxalq Hava Limanındakı sıxlığa münasibət bildirib - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.

DSX-dan “İki sahil”ə bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub:

“Aparılan işlər nəticəsindən sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasından heç bir problem yoxdur”.