03 iyul 2022 21:54
726

Matç zamanı hakim yan xəttdəki həmkarına evlilik təklif etdi

Türkiyədə futbol matçı zamanı yan xət hakimi Aişə Polad xoş sürprizlə üzləşib.

Hadisə regional AĞRI U-14 Liqasının final matçında yaşanıb.

Oyunun baş hakimi Rəcəb Gündüz matçın 10-cu dəqiqəsində qarşılaşmanı dayandırıb köməkçi hakimə evlilik təklif edib.

İki komandanın dəstəyi ilə hazırlanan sürpriz təklifə Aişə Polad “hə” deyib.

Baş verənlər ətrafdakıların alqışları ilə müşayət olunub.

Oxu.Az