Vətəndaşlar özlərini “Azəriqaz”ın rəsmisi kimi təqdim edən şəxslərdən vəsiqə tələb etsinlər və heç bir ödəniş etməsinlər.
“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən iclasda deyib.
O bildirib ki, bəzən abonentlər podratçı şirkətin əməkdaşlarının qanunsuz hərəkətlərini "Azəriqaz"ın davranışı olaraq qəbul edirlər: "Podratçı şirkətlərin "Azərqaz"a heç bir aidiyyatı yoxdur. Vətəndaşlar özlərini "Azərqaz"ın rəsmisi kimi təqdim edən şəxslərdən vəsiqə tələb etsinlər və heç bir ödəniş etməsinlər”
Eldəniz Vəliyev onu da əlavə edib ki, bu kimi xoşagəlməz hallar zamanı "Azəriqaz" məsuliyyət daşımır.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib