27 iyun 2022 15:23
1114

Kəlbəcərdən Laçına elektrik xətti çəkilib - VİDEO

Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev “AzərEnerji” tərəfindən Kəlbəcərdən Laçına çəkilən 110 kV-luq yüksək gərginlikli elektrik xətti və Laçında tikilən “Qorçu” yarımstansiyasına baxış keçirib.

Bu barədə "İki sahil"ə “AzərEnerji” ASC-dən məlumat verilib. Bildirilib ki, 42 kilometr məsafədə ikidövrəli olmaqla, bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində ötürücü xətt çəkilib.