SOCAR “Azəriqaz” İstehsalat Birliyində işçi heyətin səriştəliliyinin və peşəkarlılığının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi daima diqqətdə saxlanılır və bu yöndə mütəmadi maarifləndirmə tədbirləri və təlimlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, “Azəriqaz”dan daxil olan məlumata görə, bu məqsədlə “Azəriqaz” İB-də rəhbər və mühəndis-texniki işçilərin qaz təsərrüfatının istismarı, tikinti və təhlükəsizlik texnikası norma və qaydaları, ətraf mühitin mühafizəsi və beynəlxalq standartların tətbiqi üzrə maarifləndirmə işləri aparılıb.
Hal-hazırda isə işçi heyətinin biliklərinin yoxlanılması həyata keçirilir.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib