"Azəriqaz"ın sədri Ruslan Əliyev abonentlərə müraciət edib.
“İki sahil” xəbər verir ki, sədr feysbuk hesabından etdiyi müraciətdə bildirib ki, dəymiş ziyan, sayğacın mənfiyə işləməsi zamanı itirilmiş qazın dəyəri hesablandıqda və bütün hallarda mütləq qaydada abonentlə razılaşdırılmalıdır.
"Əgər bu abonentlə razılaşdırılmasa, Birliyin 104/185 Çağrı mərkəzinə və ya sosial şəbəkə vasitəsilə mənə müraciət edə bilərsiniz", - deyə sədr qeyd edib.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib