Aprelin 25 –də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Masallı rayonunda vətəndaşlarla görüş keçirib. Görüşdə Lənkəran Regional Qaz İstsmar İdarəsinin (RQİİ) xidmət sahələrindəki vətəndaşların problem və təkliflərini dinləyib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub.
Qəbulda iştirak edən tutan 50-dək vətəndaşı fərdi olaraq dinlənilib. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Birlik rəhbəri bundan sonra da mütamadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlər keçirəcəkdir.
Elçin Zaman, «İki sahil»
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib