Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turu çərçivəsində “Neftçi” “Səbail”in qonağı olub.
“İki sahil” xəbər verir ki, Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov və Rauf Allahverdiyevdən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın 47-ci dəqiqəsində ikinci sarı vərəqəsini alan Ömər Buludov meydandan qovulub. Sayca rəqibindən azlıqda qalan “Neftçi”nin futbolçusu Tiaqo Bezerra matçın 71-ci dəqiqəsində hesabı açıb.
Oyun bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel (bazar)
20:00.“Səbail” 0–1 “Neftçi”
Qol: Tiaqo Bezerra, 71 (0:1)
Qırmızı vərəqə: Ömər Buludov, 47- 2-ci sarı vərəqə ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“ASCO Arena"