24 aprel 2022 20:29
1000

“Sabah” “Şamaxı”nı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turu çərçivəsində “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edib.

“İki sahil” xəbər verir ki, Saat 18:30-da Bank Respublika Arenada başlayan qarşılaşmanın 11-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy-Lens Migels hesabı açıb. 25-ci dəqiqədə fərqlənən Zurab Oçiqava komandasının üstünlüyünü 2 topa çatdırıb – 2-0. 29-cu dəqiqədə topu rəqibin qapısından keçirən Coy-Lens Migels özünün ikinci, komandasının üçüncü qolunu vurub – 3-0.

Qarşılaşmanın 50-ci dəqiqəsində qol vuran “Şamaxı”nın futbolçusu Felipe Santos hesab arasındakı fərqi azaldıb.

“Sabah”ın futbolçusu Xulio Sezar Rodrigez 84-cü dəqiqədə vurduğu qolla fərqi yenidən 3 topa üçtdırıb – 4-1.

89-cu dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirən Aleksey İsayev oyunda son nöqtəni qoyub – 5-1.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Franko Flores kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.

18:30. “Sabah” 5–1 “Şamaxı”

Qol: Coy-Lens Migels, 11 (1:0), Zurab Oçiqava, 25 (2:0), Coy-Lens Migels, 29 (3:0), Felipe Santos, 50 (3:1), Xulio Sezar Rodrigez, 84 (4:1), Aleksey İsayev, 89 (5:1)

Qırmızı vərəqə: Franko Flores (“Şamaxı”)

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev

“Bank Respublika Arena”