Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, bütün qarşılaşmaları eyni günə təyin edilən turub ilk matçında "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib. İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami və Rəşad Əhmədovdan ibarət hakimlər briqadasının idarə etdiyi görüş saat 17:30-da Qəbələ şəhər stadionu start götürüb.
Oyunun 6-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahima Vadji hesabı açıb. O, 14-cü dəqiqədə dubl edərək komandasının 2-ci qolunu vurub – 0-2. Matç bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel (bazar)
17:30.“Qəbələ” 0–2 “Qarabağ”
Qol: İbrahima Vadji, 6, 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu