Rejissor Kənan M.M. TikTok sosial şəbəkəsindən əldə etdiyi gündəlik gəlirini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, “Günə doğru” verilişində danışıb.
Rejissorun sözlərinə görə, onun sosial şəbəkədən gündəlik gəliri 200 dollar təşkil edir: “Əvvəl hesab açanda fikirləşdim ki, birdən canlı yayımda uduzaram. Belə də oldu. Sonra izləyici yığıldı. Pula çevirəndə təxminən 200 dollar qazanıram”.
Kənan M.M. əldə etdiyi gəlirini elə TikTok-da xərclədiyini vurğulayıb: “Amma o pulu çıxartmağa utanıram. Elə TikTok-da xərcləyirəm. Canlı yayımlarda hədiyyə göndərirəm. Qoy, insanlar sevinsin”.
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
YAP Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib