Bu ilin birinci rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.
SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb.
“Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib”, - məlumatda qeyd olunur.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib