19 aprel 2022 14:47
727

Salyanda yaşayış məntəqələrinin elektrik şəbəkəsi yenilənib - VİDEO

Salyan rayonunun Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub.

“Azərişıq” ASC-dən “İki sahil”ə verilən məlumata görə, Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.

1171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib.

Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb.

Qeyd edək ki, cari il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.