17 aprel 2022 15:26
1030

15 metrlik quyuya düşən şəxs çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb. 

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.