Kiyevin “Feofaniya” xəstəxanasının həkimləri ilk dəfə olaraq unikal əməliyyat aparıblar. Cərrahlar xəstənin ürəyini dayandırmadan oradan gülləni çıxarıblar. Bununla da qəhrəman tibb işçiləri 20 yaşlı ukraynalı hərbçi Vladimir Qordienkonun həyatını xilas ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Yüksək riskli əməliyyat başlayanda həkimlərin bir neçə xilasetmə planı olub", - məqalədə yazılıb. Qeyd olunur ki, əməliyyat o qədər uğurlu alınıb ki, ertəsi gün xəstə hətta ayağa qalxıb.
"Bir neçə gün mən sağ olduğuma belə inanmadım," deyə hərbçi bildirib.
O, müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qartıldığını söyləyib. Martın əvvəlində iki nəfərlə Kiyev vilayətinin kəndlərindən birində rus hərbçilərinə əsir düşüb. 9 saatlıq sorğu-sualdan sonra onlara maşına minib getmələri bildirilib. Avtomobil hərəkətə başlayanda isə hərbçilər onlara atəş açıblar. Vladimir atəş açılarkən maşından sürünərək ərzidən uzaqlaşa bilib.
Hadisə martın 3-də baş verib. O, iki gün o ürəyində daşıdığı güllə ilə Jitomir bölgəsi istiqamətində meşədən keçərək gəlib.
https://1plus1.video/tsn-specvypusk/2022/tsn-za-20220412-likari-stolichnoyi-likarni-feofaniya-distali-kulyu-iz-sercya-ukrayinskogo-vijskovogo