12 aprel 2022 20:31
1550

Nyu-Yorkda metroda atışma olub, azı 16 nəfər yaralanıb - YENİLƏNİB/VİDEO

ABC telekanalı xəbər verir ki, Nyu-York metrosunda atışma nəticəsində azı 16 nəfər yaralanıb.

***

Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.

Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.

Polis hələlik onu yaxalamayıb.

Perronda və vaqonlarda yaralılar var.

***

Nyu-York metrosunda yerli vaxtla səhər saatlarında atışma olub.

“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə Xidmətinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, metronun Bruklin stansiyasında tüstülənmə xəbərləri ilə əlaqədar hadisə yerinə gedən yanğınsöndürənlər bir neçə nəfərin güllələndiyini aşkar ediblər.

İlkin xəbərə görə, 5 nəfər güllələnib.

Stansiyanın döşəməsində qan içərisində uzanmış sərnişinlərin əks olunduğu fotolar yayılıb.

Hadisəsinin təfərrüatları hələ bəlli deyil.