12 aprel 2022 14:35
995

Etdiyim jestə görə üzr istəyirəm - Artem Yerasiyux

Gənclər üzrə Avropa kartinq çempionatında iştirak edən 15 yaşlı idmançı Artem Yerasiyux mükafatlandırma mərasimi zamanı verdiyi nasist salamına görə üzr istəyib. 

“İki sahil” xəbər verir ki,  o, nasizmi dəstəkləmədiyini bildirib: “Mən etdiyim jestə görə üzr istəyirəm. Nasistləri dəstəkləmirəm və hər kəsin məni başa düşəcəyinə ümid edirəm”. 

Qeyd edək ki, Portuqaliyada baş tutan çempionatda  İtaliya bayrağı altında çıxış edən rus idmançı öz nasist salamı ilə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. İdmançının bu hərəkətindən sonra FIA bunun yolverilməz olduğunu və ciddi tədbirlər görüləcəyini bildirmişdi.