11 aprel 2022 00:36
1154

İmran Xanın tərəfdarları küçələrə çıxdılar

Pakistanın keçmiş Baş naziri İmran Xanın və onun “Təhrik-e-İnsaf” partiyasının on minlərlə tərəfdarı ona dəstək göstərmək üçün küçələrə çıxıblar.

“İki sahil” xəbər verir ki, Paytaxt İslamabad da daxil olmaqla, ölkənin bütün böyük şəhərlərində kütləvi aksiyalar keçirilir.

Tviterdə video paylaşan İmran Xan yazıb: "Mən ölkəmin tarixində heç vaxt görməmişəm ki, bu gün quldurlar hökumətini devirmək üçün bu qədər çox adam təkbaşına küçələrə çıxıb."