06 aprel 2022 16:45
854

Bayden Obamaya hərbi salam verdi VİDEO

ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.

“İki sahil” xəbər verir ki,  Obamanın Ağ Evdə çıxışı zamanı maraqlı hadisə yaşanıb.

Belə ki, Obama çıxışında zarafatla ABŞ Prezidenti Co Baydeni “vitse-prezident” adlandırıb. O isə qarşılığında gülərək Obamaya hərbi salam verib.

Qeyd edək ki, Co Bayden 2009-2017-ci illərdə Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olaraq çalışıb.