06 aprel 2022 16:04
937

Bayden nə edəcəyini bilmədi VİDEO

 ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Obama tədbirə qatılmaq üçün Ağ Evə gəldikdə qonaqların əksəriyyətinin diqqəti keçmiş Prezidentə yönəlib. Qonaqlar Obamanı dövrəyə alaraq onunla söhbət etməyə başlayıb.

Bu səbəbdən də, Bayden bir müddət tək qalıb. O, otaqda var-gəl edərək nə edəcəyini bilməyib.

Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.