Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turuna start verilib.
“İki sahil” xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sabah” “Sumqayıt”ın qonağı olub.
Bakı təmsilçisi matçın 22-ci dəqiqədə Aleksey İsayevin, 25-ci dəqiqədə Xuan Kamaranın, 60-cı dəqiqədə isə Coy-Lens Mikelsin vurduğu qollar sayəsində 0-3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, günün ilk qarşılaşmasında "Qarabağ" dogma meydanda "Səbail"i 5-1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel (şənbə)
18:15. “Sumqayıt” 0–3 “Sabah”
Qollar: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”