01 aprel 2022 16:33
1098

MOİK – “Sabah”-2 oyununda dava düşüb VİDEO

Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.

“İki sahil” xəbər verir ki,  matçın 65-ci dəqiqəsində ara qarışıb. 

Belə ki, “Sabah”-2-nin futbolçusu Təbriz İsazadə MOİK-in futbolçusu Rafael Qavamini vurub. 

Nəticədə qarşılaşmanın hakimi Rəvan Həmzəzadə Təbriz İsazadəyə qırmızı vərəqə göstərib. 

Lakin ara bununla sakitləşməyib. “Sabah”-2-nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər. 

Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb.