31 mart 2022 16:46
539

İrəvanda itkin düşən hərbçilərin valideynləri etiraz aksiyası keçirib VİDEO

Bu gün Ermənistan paytaxtı İrəvanda 44 günlük Vətən müharibəsində itkin düşən hərbçilərin valideynləri hökumətin binasının qarşısında etiraz aksiyası keçirib.

“İki sahil”  “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, onlar Ermənistan rəhbərliyindən övladlarının harada olması sualına cavab tələb ediblər.

“168 jam” nəşrinin məlumatına görə, isə aksiya zamanı etirazçılar və hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb. Nəşr yazır ki, qarşıdurma valideynlərdən birinin polis əməkdaşlarına daş atmasından sonra baş verib. Daş atan şəxs saxlanılaraq polis bölməsinə aparılıb.